Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edildi.

20 yanvar 2024 | 13:38

Faciənin 34-cü ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə faciə qurbanlarının xatirəsi anılmış, təhsil müəssisələrində xüsusi dərslər, rəsm və inşa müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır. 20 Yanvar şəhidi Müşviq İsayevin ailəsinə anım mərasiminin təşkili üçün yardım göstərilmişdir. Hüzn günü ilə əlaqədar matəm əlaməti olaraq rayonun idarə, müəssisə və təşkilatlarının üzərindəki dövlət bayraqları endirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül-çiçək dəstələri düzülmüşdür. Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər