Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1 İyun Uşaqları beynəlxalq müdafiə günü qeyd olunub.

01 iyun 2023 | 17:47

 01 iyun 2023-cü il tarixdə Heydər parkında  rayonun məktəbəqədər uşaq tərbiyə müəssisələri, ümumtəhsil məktəblərinin uşaq və şagirdlərinin iştirakı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqların beynəlxalq  müdafiə gününə həsr edilən  bilik və əl işlərindən ibarət  sərgi, bədii proqramla müşayiət olunan  tədbir keçirilib. İştirakçılar  təşkil edilən  sərgilərə baxış keçirib.  Tədbiri giriş sözü ilə Aran Regional  Təhsil İdarəsinin Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova açaraq  əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Çıxışı zamanı sektor müdiri 2023-cü il ərzində  respublika əhəmiyyətli  yarış və müsabiqələrdə rayonu təmsil edən  uşaqların uğur və nailiyyətləri barədə geniş məlumat  verib.  Bədii proqramla davam etdirilən tədbirdə  məktəbəqədər  uşaq tərbiyə müəssisələrin uşaqları və ümumtəhsil şagirdləri tərəfindən ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının təbliğinə həsr olunmuş şeyirlər səsləndirilib, mahnılar təqdim olunub. Tədbirdə uşaqların ifasında  nümayiş etdirilən Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərindən  ibarət  müxtəlif səpkili kompozisiyalar izləyicilər  arasında  xoş ovqat yaradıb, alqışlarla  qarşılanıb.  Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının  müavini, İctmai –siyasi və humanitar məsələlər şöbəsinin  müdiri  Aynur Novruzova  uşaqları beynəlxalq  müdafiə günü münasibətilə təbrik edərək onlara xoş arzularını  çatdırıb.

Keçidlər