Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunun təhsil müəssisələrində Bilik Günü qeyd olundu

15 sentyabr 2023 | 15:57

Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.

Ölkəmizdə 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu münasibətlə rayonun bütün təhsil müəssisələrində tədbirlər keçirilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində rayonun ümumtəhsil məktəblərində bütövlükdə ümumi təhsilin bütün səviyyələri üzrə 15495 nəfər məktəbyaşlı uşaqların təhsilə cəlb olunması gözlənilir. 

Onlardan 1080 nəfər məktəbəhazırlıq qruplarında, 1241 nəfər şagird isə birinci sinifdə təhsil alacaq. 995 nəfər məktəbəqədər təhsillə əhatə olunacaq.

Təhsil prosesinin bütün iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edirik.

Keçidlər