Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirib

19 oktyabr 2022 | 17:45
Oktyabrın 19-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Sonra tədbir iştirakçıları Ağdaş Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə və şəhidlər xatirə kompleksinin önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edən “30 il xalqın xidmətində” mövzusunda geniş məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən YAP Vetranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın istəyi əsasında yaranmış siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası xalqı və ölkəni çox ağır problemlərdən, məhv olmaq təhlükəsindən xilas edib. Müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təmilində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov isə çıxışında bildirib ki, dahi şəxsiyyətin siyasi kursunu müasir dövrümüzün tələbləri çərvçivəsində davam etdirən partiya sədri, Prezident cənab İlham Əliyev Azərbaycana Zəfər bəxş etmiş böyük siyasətçidir. Yeni Azərbaycan Partiyasının da bu 30 ildə əsas məqsəd və məramı ölkənin ərazi bütövlüyünə, suverenliyinə nail olmaq, xalqımızın layiqli həyat səviyyəsini təmin etmək olmuşdur. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının 30 il xalqın xidmətində olduğunu və ulu öndər Heydər Əliyevin amallarını özündə yaşatdığını, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ideya mənbəyi rolunu oynadığını diqqətə çatdırıb. Tədbirdə həmçinin Partiya veteranı, rayon təşkilatının ilk sədri Qalib Həsənov və partiya fəalı, Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxalıyevaya çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər. Sonda bir qrup partiya fəalına “Fəxri fərmanlar” verilib, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Keçidlər