Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Vətən Müharibəsi şəhidlərinin ildönümü anılıb.

30 noyabr 2023 | 16:47

30 noyabr 2023-cü il tarixində Ağdaş rayonunun Pirəzə kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Əhmədov Elnur Ehtibar oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firdovsi Məmmədov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi İsa Eminov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Elçin Hacıyev, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlarından söhbət açılıb, ruhuna dualar oxunub. Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya düşərək şəhidlik zirvəsinə ucalan həmyerlimiz mayor Emil Şahid oğlu Mayılovun anım günüdür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər