Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirildi.

04 may 2023 | 09:58

4 may 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Gənclər və İdman idarəsinin kollektivi və rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal gənclər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxış keçirib və Ümummilli Liderin Ağdaş rayonuna etdiyi səfərlərdən yaradılmış fotoguşəyə tamaşa ediblər. Mərkəzin kiçik konfrans zalında davam edən tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Vurğulanıb ki, Azərbaycan gəncliyinin fəal həyat mövqeyinin formalaşmasında ulu öndər Heydər Əliyev müstəsna xidmətlər göstərib. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin yekununda rayonun ictimai-mədəni həyatında fərqlənən bir qrup fəal gənclərə fəxri fərmanlar təqdim olunub.

 

 

Keçidlər