Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

13 oktyabr 2023 | 18:14

13 oktyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində konfrans keçirilib. İştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.  Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Konfransda YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən olan, Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, millət vəkili Cavid Osmanov və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və ölkə Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə bağlı  məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında çıxışlar dinlənilib. Məktəblilər tərəfindən Ulu Öndərin həyatını əks etdirən kompozisiya təqdim olunub. Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb, rayonun ictimai-siyasi həyatında iştirak edən partiya fəallarına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

 

Keçidlər