Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Anım Günü qeyd olundu.

27 sentyabr 2023 | 14:57

Anım Gününün üçüncü ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. 27 sentyabr 2023-cü il tarixində Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirildi. Rayon rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə 44 günlük Vətən Müharibəsi ərzində xalq-dövlət həmrəyliyi barədə geniş söhbət açılmış, dövlətimizin erməni təxribatçıları üzərində son 3 il ərzindəki ardıcıl tarixi qələbələrində payı olan şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. İctimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər tədbir boyunca çıxış edərək şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi istiqamətində görülən işlərdən razılıq əlaməti  ifadə edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq hisslərini bildirmişlər. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzülmüşdür. Sonda tədbir iştirakçıları anım tədbirləri çərçivəsində ağacəkmə kampaniyasında iştirak etmişdir. Anım Günü ilə əlaqədar rayon ərazisində dövlət bayraqları endirilmiş, saat 12:00-da rayon mərkəzində avtomobillərin səs siqnalları vasitəsilə qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gün ərzində Şəhidlər Xiyabanına rayon sakinlərinin ziyarəti davam etmişdir.

Keçidlər