Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda 28 May Müstəqillik Günü qeyd olunub.

27 may 2024 | 18:02

27 may 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində Müstəqillik Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Dəyirmi masa ətrafında idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 aylıq dövr ərzində keçdiyi yola nəzər salaraq onun müstəqillik tariximizdəki rolundan geniş söhbət açıb. Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova məruzəsində qeyd edib ki, şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 44 günlük Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir. Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

 

Keçidlər