Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyində tədbir keçirildi.

28 avqust 2023 | 17:10

28 avqust 2023-cü il tarixində rayon İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə tarix-diyarşünaslıq muzeyində Vətən Müharibəsi şəhidlərinin anaları və qazilərlə görüş keçirilib.  Tədbir iştirakçıları şəhidlərin xatirə guşəsinə baxış keçiriblər. Dəyirmi masa ətrafında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərin şücaətli döyüş yolundan söhbət açılıb, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə olunan zəfərin tarixi əhəmiyətindən bəhs olunub. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mahir Musayev iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

Keçidlər