Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2024-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Yenicə kənd sakinləri ilə keçirdi.

12 fevral 2024 | 15:48

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Yenicə kənd sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər –  kəndin elektrik təsərrüfatının yenilənməsi, maddi yardım, küçələrin çınqıllanması, icarəyə torpaq sahəsinin verilməsi, ünvanlı sosial yardım alınması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmişdir.

Keçidlər