Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2023-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Yuxarı Ağcayazı kənd sakinləri ilə keçirdi.

25 may 2023 | 12:54

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Yuxarı Ağcayazı kəndinin sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – icarəyə torpaq sahəsinin verilməsi, İşlə təminat, maddi yardım, internet xətlərinin təmiri, sıradan çıxmış elektrik xəttlərinin cari təmir olunması, məktəbin əsaslı təmiri, kənddə bağça açılması, elektrik transformatorunun yenisi ilə əvəz olunması, xəstəliyin müalicə olunması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər