Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2023-cü ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Aşağı Zeynəddin kənd sakinləri ilə keçirdi.

20 aprel 2023 | 13:43

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Aşağı Zeynəddin kəndinin sakinləri iştirak edirdilər. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər – əlilliyin bərpa edilməsi, icarəyə torpaq sahəsinin verilməsi, maddi yardım, qaz xətlərinin təmiri, sıradan çıxmış elektrik xəttlərinin cari təmir olunması, şirə kanallarının qazılması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər