Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Humanitar Kollecində Zəfər gününə həsr olunan tədbir keçirildi.

06 noyabr 2023 | 17:28

6 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində Ağdaş Dövlət Humanitar Kollecində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda rayon ictimayəti nümayəndələri, Vətən Müharibəsi iştirakcıları, qazilər, tələbə və müəllim kollektivinin iştirakilə bədii proqramla müşayiət olunan tədbir  keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvəllərin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbir boyunca tələbələrin ifasında vətənpərvərlik ruhunu əks etdirən şeirlər səsləndirilib, mahnı və rəqslər təqdim olunub. Tədbirin yekununda kollecin gənc müəllimləri  Zəfər günü münasibəti ilə keçirilən intellektual yarışmalarda fəal iştirakına görə fəxri fərmanlarla təltif edilib.

Keçidlər