Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Hümanitar kollecində “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir

20 aprel 2023 | 10:55

19 aprel 2023-cü il tarixində Ağdaş Dövlət Hümanitar kollecində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində gənclərin rolu” mövzusunda toplantı keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Gənclər və İdman idarəsinin, Ağdaş Dövlət Humanitar kollecinin rəhbərləri, kollecin pedaqoji kollektivi və tələbələri iştirak edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.

Tədbir çıxışlarla davam etdirildi.

Keçidlər