Şriftin ölçüsü :

Saytın rəngi :

Abad kəndində şəhidin ad günü anılıb.

17 iyun 2023 | 12:49

17 iyun 2023-cü il tarixdə Ağdaş rayonunun  Abad kəndində doğulub boya-başa çatmış, 2022-ci ildə sentyabr ayında erməni təxribatları zamanı şəhid olmuş,  Qurbanov Xəqan Daşqın oğlunun ad günü münasibəti ilə anım tədbiri keçirilib.  Anım tədbirində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər.  Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların  ruhlarına dualar edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər