Şriftin ölçüsü :

Saytın rəngi :

Abad kəndində şəhid Xəqan Qurbanovun ildönümü qeyd olundu.

15 sentyabr 2023 | 16:02

13-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Laçın Kəlbəcər istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan, Abad kəndində doğulub boya-başa çatmış Qurbanov Xəqan Daşqın oğlunun şəhadətə ucalmasının ildönümü ilə əlaqədar hüzr mərasimi keçirilib. 15 sentyabr 2023-cü il tarixində Abad kəndində keçirilən hüzr mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb. Sonra kəndin mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatirə bulağının önündə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub. Qeyd edək ki, şəhid Qurbanov Xəqan Daşqın oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər