Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi.

28 yanvar 2022 | 11:00

28 yanvar 2022-ci il tarixdə Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25-ci ildönümü ilə əlaqədar rayonda “Gənclər həftəsi” mövzusunda tədbirlərin davamı olaraq gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirildi.
Rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan sərgidə 28 nəfər istedadlı gənc rəssamın 40-a yaxın əsərləri nümayiş etdirilirdi. Nümayiş olunan əl işlərinin əsas mövzusunu təbiət mənzərələri, Vətən Müharibəsinə həsr olunan döyüş səhnələri, illüstrasiyalar və digər mövzular təşkil edirdi.
Şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri sərgiyə baxış keçirdilər. Gənc rəssamlara yaradıcılıq uğurları arzuladılar.
Tədbirin təşkilatçıları tərəfindən rəssamların hər biri fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər