Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirilmişdir.

07 mart 2014 | 11:00

Ağdaş rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq  “8 Mart - Beynəlxalq Qadınlar günü” ilə bağlı rayonun idarə, müəssisə və təşkilatları, habelə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində bayram  tədbirləri keçirilmiş, Ağdaş Olimpiya İdman Kompleksində oğlanlardan və qızlardan ibarət komandalar arasında idmanın voleybol növü üzrə yarışlar təşkil edilmişdir. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
6 mart 2014-cü il tarixdə saat 1000-da “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə “Ay işığı” şadlıq sarayında bayram şənliyi keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov, icra hakimiyyətinin digər rəsmiləri, ağsaqqallar və müxtəlif fəaliyyət sahələrində çalışan qadınlar iştirak etmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov qadınları təbrik edərək bildirmişdir ki, Azərbaycan qadınları tariximizin bütün dönəmləri ərzində fədakarlıq, qəhrəmanlıq və fəallıq nümunəsi göstərməklə cəmiyyət həyatının bütün sahələrində fərqlənmiş, öz milli xüsusiyyətlərini qoruyub saxlamaqla örnək mənbəyinə çevrilmişdir.
O, qeyd etmişdir ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycanda təkrar siyasi hakimiyyətə qayıdışından sonra qadınlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etmiş, onlar üçün ənənəvi sahələrlə yanaşı dövlət qulluğu işlərinə daha fəal şəkildə cəlb olunmuşlar. Bu siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fərəhli haldır ki, ağdaşlı qadınlar da rayonun ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatında fəal iştirak etməklə rayonda gedən abadlıq-quruculuq işlərinə öz layiqli töhfələrini verirlər.
Tədbirdə əyləncəli nömrələr, viktorinalar keçirilmiş, qaliblərə qiymətli hədiyyələr təqdim edilmişdir.
Rayonun mədəniyyət kollektivlərinin ifasında təqdim olunan oynaq musiqilər, M.Şeyxzadə adına texniki  təbiət və humanitar təmayüllü gimnaziyanın rəqs qrupunun fəal iştirakı tədbirə xüsusi ahəng vermişdir.

Keçidlər