Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir.

11 may 2013 | 10:00

Ümummilli liderimizin anadan olmasının 90-cı ildönümü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidə kompleksi önünə gül dəstələri qoyulmuş, Heydər Əliyev mərkəzi ziyarət olunmuşdur. Tədbir musiqi məktəbinin iclas zalında davam etdirilmişdir. Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ümummilli liderimizin həyat salnaməsindən bəhs edən film nümayiş etdirilmiş. Çıxış edənlər xatirələrini bölüşərək qeyd etmişlər ki, Azərbaycan Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində dağılma, parçalanma və məhvolma təhlükəsindən xilas edilmişdir. Xalqımızın xilaskarı Heydər Əliyevin işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanmışdır.         Rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimov yekun nitqi söyləyərək ümummilli lider  Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışmış, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.    Tədbirlərdə 10 minə yaxın iştirakçı olmuşdur.

Keçidlər