Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yekun qiymətləndirmə imtahanları başa çatdı.

18 iyun 2020 | 11:00

Ağdaşda  yekun qiymətləndirmə imtahanları başa çatdı.

10 və 18 iyun 2020-ci il tarixlərində rayonun ümumtəhsil məktəblərinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən S.Vurğun, Nizami, M.İsayev adına şəhər, Ləki qəsəbə tam orta məktəbləri, M.Şeyxzadə adına TTH gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili  (dövlət dili kimi) fənnindən imtahan keçirilmişdir.
Karantin rejimi dövründə tətbiq olunan metodiki göstərişlər və imtahanların keçirilməsi ilə bağlı DİM tərəfindən müəyyən edilmiş təlimata əsasən nəzarətçilər və iştirakçıların sağlamlığının qorunması məqsədilə tədris binalarının sanitar qovşaqlarında axar suyun fasiləsizliyi təmin edilmiş, binalarda dezinfeksiya tədbirləri həyata keçirilmiş, tədris binaları polis tərəfindən əvvəlcədən mühafizəyə götürülmüş, binaların qarşısına toplaşanlar arasında sosial məsafə təmin olunmuş, tibbi maskalardan istifadə ilə bağlı əvvəlcədən zəruri izahat işləri aparılmış, imtahan keçirilən günlər ərzində nəqliyyatın hərəkəti tənzimlənməklə asayiş tam təmin edilmişdir.
Qeyd edək ki, 2019/2020-ci dərs ilinin yekunlarına əsasən rayonun 18 ümumi və 41 tam orta məktəbləri üzrə  müvafiq olaraq  1260 nəfər 9-cu sinif şagirdi, 801 nəfər 11-ci sinif şagirdi buraxılış imtahanlarında iştirak etmişdir.
Eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanları keçirilən günlər ərzində rayonun B.Nəbiyev adına 3 saylı tam orta məktəbinin rus bölməsində təhsil alan 9 və 11-ci siniflər üzrə hər birində 20 nəfər olmaqla, Azərbaycan dili (dövlət dili kimi)  fənnindən ayrıca olaraq imtahan təşkil edilmişdir.

Keçidlər