Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda keçirilən yeniyetmə və gənclərin VIII Ümumrayon Spartakiadasının bağlanış mərasimi keçirilmişdir.

04 may 2013 | 10:00

3 May 2013-cü il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmə və gənclərin VIII Ümumrayon Spartakiadasının bağlanış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər. Sonra tədbir Ağdaş şəhəri “ Ay İşığı“ şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri,  Gənclər və İdman idarəsinin əməkdaşları, rayon və idman ictimaiyyətinin nümayəndələri və 300 nəfər idmançı gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov 22 aprel - 3 may tarixlərində keçirilən idman yarışları barədə məlumat vermişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov təbrik nitqi söyləmişdir. Sonda yarış qalibləri fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər