Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Kross yarışı keçirilmişdir.

25 aprel 2013 | 10:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yeniyetmələrin VIII ümumrayon spartakiadası davam edir. Spartakiadaya daxil olan 14 idman növündən bu gün kross yarışları keçirilmişdir. Yarış Heydər Əliyev prospektində keçirilmişdir. Yarışda 43 yerli icra nümayəndəliyindən 400-dək yeniyetmə və gənc idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri,  Gənclər və İdman idarəsinin əməkdaşları və rayon idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Kross yarışlarında oğlanlar arasında I, II, III yerləri Dəhnəxəlil, Tofiqi, Orta Ləki və qızlar arasında isə I, II, III yerləri Mürsəl kənd icra nümayəndəliklərinin idmançıları tutmuşlar. Yarışın sonunda qalib idmançılara fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər