Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda yeniyetmə və gənclərin VIII Ümumrayon Spartakiadası keçirilmişdir.

23 aprel 2013 | 10:00

22 aprel 2013-cü il tarixdə saat 11:00-da Ağdaş Olimpiya İdman Kompleksində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Yeniyetmə və Gənclərin VIII Ümumrayon Spartakiadası”nın açılış mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində respublikada görülən işlər barədə ətraflı məlumat verərək qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yeniyetmələrin VIII ümumrayon spartakiadası bu gün start götürür və spartakiada mayın 3-dək davam edəcək. Yarışlarda 43 yerli icra nümayəndəliyindən idmanın 14 növü üzrə 2000 yeniyetmə və gənc idmançı iştirak edəcək.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək tədbir iştirakçılarını rayon icra hakimiyyətinin başçısı adından salamladı və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yarış iştirakçılarını təbrik etdi və spartakiada iştirakçılarına uğurlar arzuladı.
Tədbirdə Azərbaycanın Dövlət Himni səslənmiş və Dövlət bayrağı qaldırılmışdır. 3 may 2013-cü il tarixdə Spartakiadaya  yekun vurulacaq və qaliblər mükafatlandırılacaq.

Keçidlər