Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda koronavirusla mübarizədə məktəblilərin həmrəyliyi

23 aprel 2020 | 11:00

Ağdaşlı məktəblilər “Evdə qal, sağlam qal” şüarı ilə virtual aksiyada fəallıq nümayiş etdirərək hər kəsi koronavirus təhlükəsinə qarşı mübarizədə həmrəyliyə, birliyə səsləyirlər.
Məktəblilərin virtual aksiyasının əsas məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir.
Eyni zamanda şagirdlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə başlanan “Evdə qal, təhsildən qalma” sosial çağırışlarına dəstək verir, teledərslərdə və təşkil olunan onlayn dərslərdə fəallıq nümayiş etdirirlər.

 

Keçidlər