Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı video-konfrans keçirdi.

16 aprel 2020 | 11:00

16 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı və müavinlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar video-konfrans keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  koronavirus pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verməklə, Ağdaş rayonunda bu sahədə həyata keçirilən tədbirlərdən bəhs etdi.
İcra başçısı çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar rayon sakinləri arasında müntəzəm olaraq geniş maarifləndirmə işləri aparılmaqla, xüsusi karantin rejiminin tələblərinə riayət olunması aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır.
Rayonda idarə, müəssisə, təşkilatlarla yanaşı çoxmənzilli  yaşayış binaları, qeyri-yaşayış binaları, məişət tullantılarının atıldığı qutular, ticarət, xidmət obyektləri, ödəniş terminalları, bankomatlar, idman qurğuları, dayanacaqlar, avtovağzal və sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri, sakinlərin daha çox istifadə etdiyi digər ictimai yerlərdə, eyni zamanda xüsusi ayrılmış texnikadan istifadə olunaraq prospekt və küçələrdə dezinfeksiya tədbirlərinin mütəmadi olaraq həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Video-konfransda iştirak edən  inzibati ərazi nümayəndələri aidiyyəti üzrə yaşayış məntəqələrində gücləndirilmiş karantin rejimi ilə əlaqədar görülən işlər barədə məlumat verməklə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi və gücləndirilməsi istiqamətində səylərini daha da artıracaqlarını bildirdilər.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Keçidlər