Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda koronavirusla bağlı təxirəsalınmaz tədbirlər davam edir.

15 aprel 2020 | 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə rayonda təxirəsalınmaz önləyici tədbirlər davam etdirilir.
Müəyyən edilmiş qrafikə uyğun olaraq bir sıra mədəniyyət müəssisələri, inzibati binalar, şəhərin prospekt və küçələri, çoxmənzilli yaşayış binalarındakı ümumi istifadə yerləri və ətraflar, eləcə də Biyan emalı zavodunda profilaktik dezinfeksiya tədbirləri həyata keçirilmiş, həmçinin əhali arasında mövcud vəziyyətlə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Rayonda əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

 

Keçidlər