Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Ağdaş rayon sakinlərini koronavirusla mübarizədə həmrəyliyə səsləyirlər.

11 aprel 2020 | 11:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin xüsusi karantin rejiminə ciddi əməl etməsi və evdə qalması istiqamətində rayonda maarifləndirmə və önləyici tədbirlər davam etdirilir.
Ağdaş rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənc idmançılar əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltməklə, “Evdə qal, idmansız qalma!” şüarı altında insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa, evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməməyə səsləyirlər.

Keçidlər