Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda qərargahın növbəti iclası keçirildi.

10 aprel 2020 | 11:00

10 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində qərargah üzvlərinin iştirakı ilə rayon ərazisində koronavirus infeksiyasının yayılması və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə növbəti iclas keçirildi.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində bu istiqamətdə rayonda görülən işlər barədə məlumat verilməklə, qarşıdakı günlərdə həyata keçiriləcək tədbirlər müzakirə olundu.
Çıxışlarda rayon ərazisində koronavirus pandemiyası ilə mübarizə istiqamətində  əhali arasında maarifləndirici işlərin aparıldığı qeyd olunmaqla, gündəlik olaraq təxirəsalınmaz tədbirlərin davam etdirildiyi diqqətə çatdırıldı.
Rayonda koronavirus infeksiyasına qarşı önləyici tədbirlərin daha da gücləndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər