Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdaş rayon təşkilatı Qadınlar şurasının II konfransı keçirilmişdir.

17 aprel 2013 | 10:00

Konfrans 16 aprel 2013-cü il tarixdə saat 1500-da keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra tədbir YAP Ağdaş rayon təşkilatının qərərgahında davam etdirilmişdir.
Konfransda YAP Ağdaş rayon təşkilatının üzvləri, qadın ilk təşkilat sədrləri və fəal YAP-çı qadınlar, ümumilikdə  150 nəfər iştirak etmişdir.
Konfransı giriş sözü ilə YAP Qadınlar şurasının sədri, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva açaraq hesabat məruzəsilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, təşkilatın 15000 nəfərdən artıq olan üzvlərinin 53 faizini qadınlar təşkil edir. Bu gün konfransda həmin qadınların ən fəalları iştirak edir. Bütün siyasi tədbirlərdə fəallıq göstərən Ağdaşlı qadınlar qarşıdan gələn prezident seçkilərində ümummilli liderimizin siyasətini dəstəkləməklə möhtərəm cənab prezidentimiz İlham Əliyevə yekdilliklə səs verəcəkləri vurğulandı. 
Konfransda təşkilati məsələyə baxıldı. Qadınlar şurasının 11 nəfərdən ibarət tərkibi seçildi. Tənzilə Şıxıyeva yenidən təşkilatın qadınlar şurasının sədri seçildi. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək bildirdi ki, konfrans çox əlamətdar bir dövrə təsadüf edir. Ölkəmizin hər yerində partiyamızın yaradıcısı ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbirlər keçirilir. Natiq qadınlar şurasının qarşısında duran digər vəzifələri şərh edərək qarşıdan gələn prezident seçkilərində daha çox fəallıq nümayiş etdirmək üçün tövsiyyələrini verdi.
Sonda 2 nəfər fəal qadın YAP Qadınlar Şurasının konfransına nümayəndə seçilmiş və konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Keçidlər