Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

02 aprel 2020 | 11:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində dezinfeksiya işləri davamlı və intensiv xarakter alıb.
Rayonda idarə, müəssisə, təşkilatlarla yanaşı çoxmənzilli  yaşayış binaları, qeyri-yaşayış binaları, məişət tullantılarının atıldığı qutular, ticarət, xidmət obyektləri, ödəniş terminalları, bankomatlar, idman qurğuları, dayanacaqlar, avtovağzal və sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri, sakinlərin daha çox istifadə etdiyi digər ictimai yerlərdə dezinfeksiya tədbirləri gündəlik olaraq həyata keçirilir.
Həmçinin xüsusi ayrılmış texnikadan istifadə olunaraq prospekt və küçələr dezinfeksiya edilir.
Ümumilikdə rayonda sanitar-gigiyenik vəziyyətə nəzarət gücləndirilməklə, profilaktik dezinfeksiya işləri və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Eyni zamanda rayon sakinlərinə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına tam riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq və zərurət  yaranmadığı hallarda evdən bayıra çıxmamağı tövsiyə edirik.

Keçidlər