Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına qarşı yaradılan qərargahın işçi qrupunun növbəti iclası keçirildi.

01 aprel 2020 | 11:00

31 mart 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində koronavirus infeksiyası və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qərargahın işçi qrupunun növbəti iclası keçirildi.
İclasda qərargahın üzvləri və rayonun idarə, müəssisə, təşkilatlarından nümayəndələr iştirak edirdi.
Qərargahın üzvü, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən gücləndirilmiş karantin rejimi müddətində rayon ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verərək qeyd etdi ki, iclasın keçirilməsində əsas məqsəd rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsindən ibarətdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və digər idarə, təşkilatların məlumatları dinlənildi.
Çıxışlarda rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə   qabaqlayıcı profilaktiki tədbirlərin davamlı olaraq həyata keçirildiyi diqqətə çatdırılmaqla, əhali arasında  maarifləndirici tədbirlərin daha da intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olundu.
Koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, görülən işlərlə bağlı rayon qərargahının mütəmadi olaraq məlumatlandırılması  və maarifləndirici tədbirlərin təşkili məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər