Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda tənha yaşayan yaşlı sakinlərə sosial xidmətlər göstərilir

30 mart 2020 | 11:00

Ağdaş rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq təlimatlarına uyğun olaraq davam etdirilir.
Koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxması qadağan edilmiş tənha yaşlıların elə evlərində  xüsusi qayğı ilə əhatə olunması məqsədilə rayonumuzda da tədbirlər həyata keçirilməkdədir.
Bu məqsədlə yaşı 65-dən yuxarı tənha vətəndaşlara sosial xidmətlərin göstərilməsi üçün sosial xidmətçilər  təhkim edilmişdir.
Sosial xidmət işçiləri tərəfindən rayonda 169 nəfər qulluğa ehtiyacı olan tək, ahıl vətəndaşa xidmət göstərilmiş, əlavə olaraq bu günədək müraciət etmiş 41 nəfər  vətəndaşa evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanılmışdır.
Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlər, əsas tələbat malları, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsində və s. zəruri köməkliklərin göstərilməsi daxildir. 
Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər.

 

Keçidlər