Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

12 aprel 2013 | 10:00

Tədbir 11 aprel 2013-cü il tarixdə saat 1100-da YAP rayon təşkilatının qərargahında keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbir rayonun təhsil işçilərinin iştirakı ilə YAP rayon təşkilatının qərargahında “Dəyirmi masa”   ətrafında davam etdirilmişdir.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Lütvi Paşayev açaraq qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamla təsdiq edilmiş tədbirlər planına uyğun olaraq martın əvvəllərindən etibarən rayonun bütün təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsinə başlanılmış, məktəblilər arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusuna həsr olunmuş inşa yazı və şeir müsabiqələri keçirilir.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda YAP rayon təşkilatı şürasının üzvü, Təhsil ilk partiya təşkilatının sədri Afət Ramazanova məruzə ilə çıxış etmişdir.
Çıxış edən natiqlər ulu öndərin genişmiqyaslı, fəaliyyətində təhsilin inkişafına diqqət və qayğının prioritet sahə kimi mühüm yer tutduğunu qeyd etdilər. Bildirdilər ki, bu gün də təhsilə olan diqqət və qayğı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Sonda YAP Ağdaş rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək bu gün keçirilən rayonun təhsil işçilərinin “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən danışdı və qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq ümummilli liderin 90 illik yubileyi münasibətilə tədbirlər rayonda davam etdirilir.

Keçidlər