Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Novruz yarmarkası keçirilmişdir.

19 mart 2013 | 11:00

Novruz bayramı münasibətilə rayon əhalisinin ərzaq və kənd təsərrüfatı mallarına artan təlabatının daha dolğun şəkildə ödənilməsi, bayram günləri ərəfəsində süni qiymət artımının tənzimlənməsi məqsədilə Ağdaş rayonunda kənd təsərrüfatı və digər məhsulların satış yarmarkası keçirilmişdir.
Yarmarka 18 mart 2013-cü il tarixdə saat 0800-da Heydər xiyabanında başlamışdır.
Respublikanın öncül qida məhsulları şirkətlərinin 50-dən artıq maşını vasitəsilə, eyni zamanda yerli sahibkarlar və rayonun inzibati ərazi nümayəndəliklərində fəaliyyət göstərən fermerlər tərəfindən rayon sakinlərinə bazar qiymətlərindən aşağı səviyyədə 1000-dən artıq çeşiddə 300 tondan yuxarı istehlak mallarının satışı təşkil edilmişdir.
Yarmarkada 10 minə dək rayon əhalisi iştirak etmişdir.

Keçidlər