Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir

08 mart 2013 | 11:00

07 mart 2013-cü il tarixdə saat 11:00 –da Ağdaş şəhəri “ Ay İşığı“ şadlıq sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir olmuşdur.
Tədbirdə Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən ümumilikdə 350 qadın iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cavid Osmanov tədbiri açıq elan edərək Rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və bütün qadınları bayram günü münasibəti ilə təbrik etdi. O, çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Natiq ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların əməyinin böyük olduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edən Ağdaş şəhər bələdiyyəsinin və Qadınlar şurasının sədri Hənifə Yusifova qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev qadınlarımız barədə “Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Məhz Ulu öndərimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Sonda rayon Qadınlar şurası fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. Tədbir iştirakçılarının hər birinə rayon İcra Hakimiyyəti başçısı adından qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər