Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı cənabTofiq İbrahimovun hesabat yığıncağı keçirilmişdir.

15 fevral 2013 | 11:00

Tədbir 14 fevral 2013-cü il tarixdə başlanmışdır. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Sonra tədbir Ağdaş şəhər Habil Əliyev adına musiqi məktəbinin iclas zalında davam etdirildi.
Tədbirdə rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhər məktəblərinin direktorları, ictimai təşkilatların nümayəndələri və digərlərinin iştirakı ilə 200 nəfər iştirak etmişdir. Rayonda 2012-ci il ərzində həyata keçirilmiş tədbirlərə dair 15 dəqiqəlik film nümayiş etdirilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısı cənab Tofiq İbrahimov açaraq geniş məruzə ilə çıxış etmişdir. O çıxışında qeyd etdi ki, 2012-ci il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin uğurlu, dinamik inkişafının təmin olunması qürur hissi ilə vurğulanmışdır. Möhtərəm Prezidentimizin düşünülmüş sosial-iqtisadi siyasəti müsbət nəticələrini verməkdədir. Ötən il ölkəmizdə ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu dünyada hökm sürən böhranlı illər üçün çox yüksək göstəricidir. Təqdirəlayiq haldır ki, bu artım qeyri-neft sektorunun hesabına qazanılmışdır. Bütünlükdə respublikamız üçün uğurlu keçən 2012-ci il Ağdaş rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır.
Cənab İlham Əliyevin rayonun inkişafına, Ağdaşlıların rifahının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqət bizi daha yaxşı işləməyə, dövlət başçısının tapşırıq və göstərişlərini vicdanla yerinə yetirməyə ruhlandırmış, ən başlıcası Prezidentin böyük etimadını layiqincə doğrultmaq üçün var gücümüzlə çalışmağa sövq etmişdir. Rayonumuzda “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial –İqtisadi inkişafı Dövlət Proqramı“ çərçivəsində 2012-ci ildə xeyli abadlıq və quruculuq işləri görülmüşdür.
Daha sonra məruzə ətrafında çıxışlarda qeyd edildi  ki,  rayonda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görüldüyünü və gələcəkdə bu işlərin daha da genişlənəcəyini bildirmişlər. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da inkişaf yüksək səviyyədə gedir.
Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev və Milli Məclisin deputatı Çingiz Əsədullayev iştirak etmişlər.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Keçidlər