Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.

26 yanvar 2013 | 11:00

Konfrans 25 yanvar 2013-cü il tarixdə saat 10:00-da Habil Əliyev adına Ağdaş musiqi məktəbində keçirilmişdir. Konfransda aidiyyatı dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak etmişdir. Konfransı rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə açaraq rayonda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən danışmışdır.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb.
Məruzə ilə çıxış edən natiqlər maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət daşıdığını bildirərək qeyd etdilər ki, hazırda KİV-lər ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc olunur, birgə televiziya verilişləri hazırlanır.
Konfransı rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə yekunlaşdırmışdır.
 

Keçidlər