Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar- Hüzn günü Ağdaşda qeyd olunmuşdur.

21 yanvar 2013 | 11:00

20 Yanvar 2013-cü il tarixdə rayon ərazisində dövlət bayraqları matəm əlaməti olaraq endirilmiş, gün ərzində Hüzn gününə həsr olunan musiqilər səsləndirilmişdir. Şəhidlər xiyabanında rayon ictimaiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə izdihamlı anım mərasimi keçirilmiş, 20 Yanvar faciəsi qurbanları və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş ağdaşlıların xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur. Tədbirdə minlərlə Ağdaş sakinləri iştirak etmişdir.
20 Yanvar 2013-cü il tarixdə saat 12-00-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.
 

Keçidlər