Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yubiley tədbiri keçirildi.

27 sentyabr 2017 | 11:00


26 sentyabr 2017-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, kollecin tələbə və müəllimlərinin iştirakı ilə Ağdaş Dövlət Humanitar Kollecində rayon Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə yubilyarın zəngin həyat yolu və əmək bioqrafiyasına həsr olunmuş video çarx nümayiş etdirildi.
Yubiley tədbirində çıxış edənlər zəngin həyat yolu keçmiş, əmək bioqrafiyası ilə nümunə olan, uzun illər ərzində rayonun müxtəlif dövlət strukturları, eləcə də  peşə və orta ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji fəaliyyəti ilə fərqlənən, fəal ictimaiyyətçi Rafiq Yusif oğlu Nəbiyevin həyat yoluna nəzər salaraq, onun dövlətçiliyimizin təbliği işindəki səylərinin gənclər üçün bir örnək olduğunu qeyd etdilər.
Tədbirdə yubilyara rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı və qiymətli hədiyyələr təqdim edildi.
Yekunda çıxış edən Rafiq Nəbiyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etdi.

 

Keçidlər