Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İslam həmrəyliyi ili” çərçivəsində konfrans keçirildi.

19 sentyabr 2017 | 11:00

Sentyabrın 19-da  rayonda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə konfrans keçirildi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransda məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxışlarda dini radikalizmlə mübarizə, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, islami və milli-mənəvi dəyərlərin qorunub saxlanılması, dindarlar, xüsusilə gənclər arasında təbliğ edilməsi əsas müzakirə obyektinə çevrildi.
Konfransın işində rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, YAP rayon təşkilatından olan gənclər,  Gənclər İdman İdarəsinin əməkdaşları, yerli QHT nümayəndələri iştirak edirdi.
Sonda iştirakçıların bir qrupuna bukletlər paylandı.

Keçidlər