Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

17 iyun 2022 | 18:04

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il iyunun 17-i ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu münasibətlə 17 iyun 2022-ci il tarixdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə keçirilən tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt  Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Tədbirdə fərqlənən bir qrup tibb işçisinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edir, əhalinin sağlamlığının keşiyində dayanaraq göstərdikləri fədakarlığa görə onların hər birinə möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq.

 

Keçidlər