Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda rayon icra hakimiyyətinin təşkilatçılığı və fəal gənclərinin iştirakı ilə “26 iyun-narkomaniyayaqarşı beynəlxalq mübarizə günü” münasibətilə tədbir keçirilib.

24 iyun 2015 | 10:00

24 iyun 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər, yerli dövlət qurumları və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə  “26 iyun- narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin rəsm sərgisi guşəsində gənc rəssamların narkomaniyanın  cəmiyyətimizə vurduğu bəlaların, törətdiyi fəsadlara həsr olunan əl işlərindən ibarət  sərgiyə tamaşa etmişlər.  Rayon icra hakimiyyəti  başçısının birinci müavini, narkomaniya komissiyasının sədri Cavid Osmanov tədbiri giriş sözü ilə açaraq  qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası artıq 24 ildir ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır.
1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı  qəbul edilmişdir.
Tədbirdə çıxış edənlər  narkomaniyaya və narkotik aludəçiliyin gənclərin həyatına mənfi təsiri barədə geniş fikir mübadiləsi aparmış, bu təhlükəli bəlaya qarşı mübarizənin təkcə dövlət strukturlarının deyil, bütün cəmiyyətin  işi olduğunu diqqətə çatdırmışlar.
Çıxışlarda görülən işlərlə yanaşı, bu ümumbəşəri bəlanın gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə həsr olunan təkliflər  səsləndirilmiş, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə onların daha çox təhsil və idman yönümlü tədbirlərlə yüklənmələrinin vacibliyi qeyd olunmuşdur.

Keçidlər