Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 15 iyun –Milli Qurtuluş günü qeyd olunmuşdur.

13 iyun 2015 | 10:00

13 iyun 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağdaş rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə təntənəli  tədbir keçirilmişdir.  Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Mərkəzin qarşısındakı əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
Təntənəli  tədbirdən öncə dövlət himni səsləndirilmişdir.
Milli Qurtuluş gününə həsr edilən tədbirdə məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və digər natiqlər  Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyət,  dövlətçilik tariximizin böyük siyasət nəhəngi olan  böyük öndərin adının Azərbaycan  xalqının simvoluna, əməlləri, həyatı və  dövləti fəaliyyətinin doğma xalqına və torpağına  sədaqət  nümunəsi  olduğu, Milli Qurtuluş gününün isə Azərbaycanın unudulmaz tarixinə çevrildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə qeyd olunmuşdur ki,bu gün Azərbaycan müstəqil dövlət olaraq  dünya birliyində ölkələri sırasında  dinamik  inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan  güclü  dövlətə çevrilmişdir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.
I Avropa Oyunları kimi  möhtəşəm idman tədbirinin  ilk dəfə olaraq Azərbaycanda keçirilməsi isə müstəqillik tariximizin növbəti  qürurverici zəfərlərindən biri olmaqla   uzun müddət yaddaşlardan silinməyəcəyi məmnunluqla vurğulanmışdır.
Günün sonunda  şəhərin Heydər parkında  rayonun musiqi  kollektivlərinin ifasında  böyük bayram konserti   təşkil edilmişdir.

Keçidlər