Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeniyetmələrin X ümumrayon spartakiadası başa çatdı.

05 may 2015 | 10:00

05 may 2015-ci il tarixində saat 11:00-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun müxtəlif idman qurğularında idmanın 14 növü üzrə keçirilən yeniyetmə və gənclərin X ümumrayon spartakiadasının bağlanış mərasimi keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, qalib idmançılar, uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili,  fərqlənən idmançıların  yarışlara göndərilməsi  daxil olmaqla, onların maddi həvəsləndirilməsinə təhkim olunan  idman bölmələrinin  rəhbərləri, rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin məsul işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları  əvvəlcə  xalqımızın  ümummilli lideri, ulu öndər Heydər  Əliyevin abidəsi önünə gələrək onun nurlu xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstləri qoymuşlar. Heydər Əliyev Mərkəzinin önündə qalib idmançılar tərəfindən Azərbaycanın  dövlət himni səsləndirilmişdir.
Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə keçirilmiş yarışlardan hazırlanmış videoçarx  nümayiş etdirilmişdir.
  Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək rayonda  idmanın inkişafına  yaradılan şəraitə, uşaq və gənclərin asudə vaxtının səmərəli  təşkili sahəsində görülən işlərə, dövlətin idman siyasətinin inkişafında misilsiz xidmətlərinə görə  ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli və mübariz davamçısı  ölkə Prezidenti cənab İlham Əliyevə rayonun yeniyetmə gəncləri adından minnətdarlıq hisslərini ifadə etmiş, idman və gənclər siyasəti ilə bağlı ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərdə ağdaşlı gənclərin daim səfərbər olacaqlarını qeyd etmişdir.
Tədbirin yekununda qalib komandalar, məşqçi müəllimlər və ən çox medal qazanmış idmançılar diplom, medal və hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər