Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda YAP rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir.

30 mart 2015 | 10:00

30 mart 2015-ci il tarixdə Heydər  Əliyev Mərkəzində YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan partiyanın rayon təşkilatının sədri Cavid Osmanov çıxışı zamanı təməli ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni məzmun aldığı və bu siyasətin uğurla davam etdirildiyini qeyd etmiş, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni  həyatında iştirakının daha çox təmin edilməsinin əsas hədəflər sırasında  olduğunu diqqətə çatdırmışdır. O, daha sonra çıxış edərək bildirmişdir ki, Ağdaşda gənclərin müasir, inkişaf etmiş, yüksək intellektual aparıcı bir qüvvə kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, onların məşğulluğunun artırılması,  təhsil alması və sosial müdafiəsinin təmin edilməsi, asudə vaxtının səmərəli təşkili istiqamətində  gənclər təşkilatları ilə birgə ilboyu ardıcıl tədbirlər təşkil edilir .
Konfransda YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin  III konfransından sonra keçən dövr ərzində hesabatı dinlənilmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış edən ağdaşlı gənclər Azərbaycan dövlətinin onlara bəslədiyi ümidləri layiqincə doğruldacaqlarını bildirməklə, dövlət quruculuğu tədbirləri, azərbaycançılıq məfkurəsinin həyata keçirilməsi, öz istedad və bacarıqları ilə ölkənin  tərəqqisi naminə səylərini bundan sonra da daim səfərbər edəcəklərini  qeyd  etmişlər.
Konfransın yekununda YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin  sədri, müavinləri və idarə heyətinin tərkibi, YAP Gənclər Birliyinin IV konfransında  iştirak edəcək nümayəndələr  seçilmişdir.
Konfransın işində Milli Məclisin deputatı, elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP Gənclər  Birliyinin sədri Seymur  Orucov və YAP mərkəzi aparatının Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak  etmişdir.

Keçidlər