Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin il mərasimi keçirildi.

16 oktyabr 2021 | 11:00

16 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Əliyev Elşad Mehman oğlunun il mərasimi keçirilib. Mərasimdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Hüzr mərasimlərində şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhuna dualar oxunub. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər