Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin xatirəsi əbədiləşdirildi.

02 oktyabr 2021 | 11:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
02 oktyabr 2021-ci il tarixdə Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə yüksələn Qasımov Əzim Əziz oğlunun doğulub boya-başa çatdığı rayonun Qolqəti kəndində inşa edilən bulaq kompleksinin açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, gənclər, məktəblilər, şəhidin ailə üzvləri, yaxınları  iştirak edirdi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edilib.
Allah rəhmət eləsin!

Keçidlər