Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 27 sentyabr Anım Günü qeyd olundu.

27 sentyabr 2021 | 11:00

27 sentyabr Anım Günü ilə bağlı müvafiq Tədbirlər Planına uyğun olaraq sentyabr ayının 14-dən başlayaraq rayonda Vətən Müharibəsi şəhidlərinin  məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuş, ailələrinə  ərzaq sovqatları çatdırılmışdır.
Anım Gününün ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
27 sentyabr 2021-ci il tarixdə Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirildi.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə 44 günlük Vətən Müharibəsi ərzində xalq-dövlət həmrəyliyi barədə geniş söhbət açılmış, Milli Ordumuzun qələbəsində payı olan şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, onların hər birinin adları xüsusi vurğulanaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
İctimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri tədbir boyunca çıxış edərək şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi istiqamətində görülən işlərdən razılıq əlaməti bildirərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq hisslərini bildirmişlər.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin  məzarlarının üzərinə gül-çiçək dəstələri düzülmüşdür.
Sonda tədbir iştirakçıları ağacəkmə kampaniyasında iştirak etmişdir.
Həmin gün ərzində rayon mərkəzində şəhidlərin xatirə kompleksi önündə yeniyetmə və gənclərin iştirakı ilə Anım Gününə həsr olunan yürüş-flashmob keçirildi.
Anım Günü ilə əlaqədar rayon ərazisində dövlət bayraqları endirilmiş, saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.
Gün ərzində Şəhidlər Xiyabanına əmək kollektivlərinin ziyarəti davam etmişdir.

Keçidlər