Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti başa çatdı.

25 sentyabr 2021 | 11:00

25 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Qaradağlı   kəndindən olan şəhid Əliyev Cəlil Qüdrət oğlu, Qarağanşıxlar kəndindən olan şəhid  Namətov Naib Firqət oğlunun məzarları rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən  ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda Qaradağlı kəndindən şəhid ailəsinə ərzaq sovqatı təqdim edilib.
Beləliklə “Anım günü” ərəfəsində bütün şəhid ailələrinin ziyarəti başa çatıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər